Koronavirus bitkilərin toz hissəcikləri vasitəsilə də yayıla bilir

Koronavirus bitkilərin toz hissəcikləri vasitəsilə də yayıla bilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Kiprdəki Nikosia Universitetinin fizikləri təsdiqləyiblər ki, bitki tozcuqları koronavirusun yayılmasına səbəb ola bilərlər. Tədqiqat çərçivəsində alimlər bitki tozcuqlarının yayılması üzrə kompüter modeli yaradıblar. Alimlər nümunə olaraq söyüdkimilər fəsiləsinə aid olan söyüd bitkisindən istifadə ediblər. Onlar zəif külək (saatda 4 km) halında 10.000 toz hissəciyi ifraz edən ağacın tam 3D modelini yaradıblar. Bundan əlavə olaraq alimlər hava axınının 11 nəfərdən ibarət insan qrupu və 100 nəfərdən ibarət olan insan qrupu ilə necə qarşılıqlı əlaqədə olmasını araşdırıblar. Nəticədə məlum olub ki, bitkilərin toz hissəcikləri hətta külək sürətinin minimal olduğu hallarda da koronavirusun yayılmasını sürətləndiriblər.

    Toz hissəcikləri SARS-CoV-2-ni 6 metr və daha uzaq məsafəyə yaya bilirlər. Adi hallarda sözügedən toz hissəcikləri 2 metrdən artıq məsafəni qətt etmirlər. “Havada bitkilərin tozcuq hissəciklərinin yüksək miqdarda olmaları və yaz fəsli zamanı baş verən çiçəklənmə halında 2 metr sosial məsafə tədbiri açıq havada insanların təhlükəsizlikləri üçün ideal həll üsulu deyil. Buna görə də dövlət orqanları sosial məsafə prinsiplərinə yenidən nəzər yetirməlidirlər” – deyə alimlər qeyd ediblər. Alimlər belə bir qənaətə gəliblər ki, bitkilərdən olan toz hissəcikləri ilə virusun kombinasiyası keçən ilin yay fəslində Avropanın bir sıra regionlarında və ABŞ-da COVID-19-un ani olaraq yayılmasına səbəb olmuş faktorlardan biridir.

technote.az