Konnektikutda ştatın qanunverici orqanının ilk müsəlman üzvü seçilib

Konnektikutda ştatın qanunverici orqanının ilk müsəlman üzvü seçilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Konnektikut ştatının Vindzor şəhərindən olan Məryəm Xan, Konnektikut Nümayəndələr Palatasında keçirilən seçkilərdə ilk müsəlman olaraq qalib gəlib.

Qeyri-rəsmi nəticələr göstərib ki, Demokrat Partiyasının üzvü olan Xan digər iki namizədə qarşı səslərin təxminən 75 faizini qazanıb.

Bu nəticə ştatın qanunverici orqanının tərkibini demokratların xeyrinə 97-54 dəyişir.

33 yaşlı Məryəm Xan təhsil üzrə magistr dərəcəsinə malikdir və dövlət məktəblərində dərs deyir./iqna