Koalalar rəsmən nəsli kəsilməkdə olan növ elan edildi

Koalalar rəsmən nəsli kəsilməkdə olan növ elan edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Oyuncaq ayıya bənzəyən koalalar Avstraliyanın ən məşhur heyvanlarından biridir. Bu otyeyənlərin populyasiyası ətraf mühit dəyişikliyilə bağlı təhlükə altındadır.

Avstraliya hökuməti rəsmi olaraq koalanı nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. Heyvan bu statusu Yeni Cənubi Uels, Kvinslend və Avstraliyanın paytaxt ərazilərində alıb.

Qeyd edək ki, iqlim dəyişikliyi, yaşayış yerlərinin məhvi və xəstəliklər koalaların sayının sürətlə azalmasına səbəb olur. Avstraliyanın Ətraf Mühit Naziri Syuzan Ley bu heyvanların populyasiyasını bərpa etmək üçün milli plan yaratmağı vəd edib.

Qeyd edək ki, koalalar yalnız evkalipt meşələrində yaşayır. Avropalılar onu 1802-ci ildə kəşf ediblər. Son üç ildə Avstraliyada koalaların ümumi sayı 30% azalıb. 2018-ci ildə onların populyasiyası müxtəlif hesablamalara görə 42,7 mindən 82,1 minə qədər, 2021-ci ildə isə 32 mindən 57,9 minə qədər olub.

Mənbə: profile.ru