Kiloqramı 10 min avroya satılan türk balı "Ginnesin Rekordlar Kitabı"na düşüb

Kiloqramı 10 min avroya satılan türk balı “Ginnesin Rekordlar Kitabı”na düşüb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyədə dəniz səviyyəsindən 2500 metr yüksəklikdəki mağarada toplanan qızılçətir (kantaron) balı dünyanın ən bahalı balı olaraq “Ginnesin rekordlar kitabı”na düşüb.

Oxuinfo.com  Haber Global portalına istinadla xəbər verir:

Məlumata görə, hazırda bu nadir məhsulun kiloqramı 10 min avroya satılır.

Dünyanın ən bahalı balının təkcə qiymətinə görə deyil, dad və keyfiyyətinə görə də analoji məhsullardan fərqləndiyi bildirilir.

Qızılçətir balı bir qədər acıyaçalan tama malik olur. Onun rəngi isə adi ballardan daha tünddür. Bahalı balı ildə cəmi bir dəfə toplamaq mümkündür.