Kanadadakı məktəb şagirdlərin namaz qılmasına icazə vermək istəmir

Kanadadakı məktəb şagirdlərin namaz qılmasına icazə vermək istəmir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Kanadanın Kalqari şəhərində özəl məktəb onun ərazisində müsəlman şagirdlərin namaz qılmaq hüquqlarının olmasına dair qanunun ləğvinə nail olmağa çalışır.

Oxuinfo.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, Vebber Akademiyasının vəkili Devid Korri bildirib ki, hakim Riçard Nyufeld Kanadanın Alberta əyalətinin insan hüquqları üzrə qərarını ləğv etməlidir. Həmin qərara əsasən, məktəb keçmiş 2 şagirdinə 36 min dollar təzminat ödəməlidir.

Korri iddia edir ki, namaz qılınmasına icazənin verilməsi övladlarını dünyəvi məktəbə göndərən ailələrin hüquqlarını məhdudlaşdırır. Bildirilib ki, məktəb buna yol verə bilməz.

Xatırladaq ki, avqust ayında insan hüquqları üzrə komissiya məktəbin şagirlərə məktəb ərazisində namaz qılmasını qadağan etməsini şagirdlərin hüquqlarının pozulması hesab edib. Lakin daha sonra Albertanın apellyasiya məhkəməsi qərarı ləğv edib, ali məhkəmə isə işi gözdən keçirməkdən imtina edib, ona görə də iş “asılı” vəziyyətdə qalıb.

İnsan haqları komissiyasının vəkili Sara Koderr şagirdlərin lehinə olan qərarın doğru olduğunu bildirir. O əmindir ki, namaz qılınmasına icazə vermək məktəbə heç bir əsasssız narahatlıq və çətinlik yaşatmır. Bundan başqa, Koderr qeyd edib ki, Vebber Akademiyasında şagirdlər rahat şəkildə siqh dininin çalmalarından, həmçinin hicabdan istifadə edirlər və dəhlizdə Milad yolkasını bəzəyirlər, bu isə məktəbin öz daxilində dini elementlərə icazə verməsinin isbatıdır.