Kakaonun faydaları nələrdir?

Kakaonun faydaları nələrdir?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kakao nə üçün faydalıdır? Vətəni Mərkəzi Amerika olan, ancaq sonra cənubi Amerikada, Qərbi Afrikada və nəhayət bu gün demək olar ki, bütün tropik ölkələrdə böyüyən və Latınca adı “Tanrıların Yeməyi”, “Theobroma kakao” mənasını verən kakao, hündürlüyü 4 ilə 8 metrə çatan kakao ağaclarının toxumlarıdır. Kalium, fosfor, maqnezium, kalsium mineralları ilə zəngin olan kakao, həmçinin tiamin, riboflavin, niasin, folat və B6, E və K kimi vitaminlər ehtiva edir. Bədəni enerji üçün karbohidrat və protein ilə təmin edərkən sink, dəmir və sodyumun vacib bir mənbəyidir. Bəs kakaonun faydaları nədir? Kakao nə üçün faydalıdır?

Kakaonun sağlamlığa faydaları arasında yüksək qan təzyiqi, xolesterol, piylənmə, qəbizlik, diabet, bronxial astma, xroniki yorğunluq sindromu yer tutur. Xərçəng riskini azaltmağa və beyin sağlamlığını və ürək-damar terapiyasını yaxşılaşdırmağa kömək edir. Mis çatışmazlığını da aradan qaldırır, yaraların sürətlə yaxşılaşmasına kömək edir və ən əsası əhval-ruhiyyə yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir. İndi kakao sayının faydalarına daha ətraflı nəzər salaq

KAKONUN FAYDALARI NƏDİR?

Kakaonun insan sağlamlığı üçün bəzi faydaları aşağıdakılardır:

– Yüksək qan təzyiqini azaldır. – Yaşlanmaya səbəb olan oksidləşdirici stresdən qoruyur.

– Tərkibindəki flavonol kimi yüksək miqdarda flavonoidlər beynin qorunmasına kömək edir.

– Antioksidan xüsusiyyətə malik olan proksianidin, kateşin və epikateşin, insult və ya ürək çatışmazlığına səbəb ola biləcək ölümcül qan laxtalanmalarının qarşısını alır.

– Bədənin trigliserid və LDL (pis) xolesterol səviyyələrini azaltmağa kömək edir və bədəndə HDL (yaxşı) xolesterol səviyyələrində nəzərəçarpacaq dərəcədə artım təmin edir.

– Qan şəkərini tənzimləyir. – Bronxial astmanı aradan qaldırır.

– Bədəndə müxtəlif infeksiyaların inkişafının qarşısını alır.

– Əhval-ruhiyyəni tənzimləyir. Depressiya və stresi azaldır.

– Liflə zəngin kakao xüsusilə uşaqlarda xroniki qəbizlik və bağırsaq xəstəliklərinin müalicəsində təsirli olur.

– Sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.

– Bədəndəki mis çatışmazlığını aradan qaldırır.

– Xroniki yorğunluq sindromunu azaldır.

– Dəri toxumalarında sağlam qan axını stimullaşdırır. Dərinin elastikliyini, nəmlənməsini və sıxlığını artırmağa kömək edir.

– Alzheimer xəstəliyinə qarşı qoruyucudur.

– Maqnezium çatışmazlığını aradan qaldırır.

Hazırladı: Elnarə Cəfər