Kakaonun beyin, ürək və qana müsbət təsiri sübut olundu

Kakaonun beyin, ürək və qana müsbət təsiri sübut olundu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Kakao təbii bitki mənşəli içki olub, kakao paxlalarından hazırlanır. Kakao Cənubi Amerika və Afrikada bitən şokolad ağacının toxumudur.
Onun tərkibində olan teobromin ürək-damar, beyin qan dövranını yaxşılaşdırır.
 Çoxsaylı elmi tədqiqatlar kakaonun damarlara çox yaxşı təsir etdiyini sübut edib.
Xüsusən orta yaş və yaşlı adamlarda. Damarların tonusunun yaxşı olması və arterial təzyiqi tənzimləmək üçün gündə 30-40 qram təmiz kakaodan içki düzəldib içmək lazımdır.
Kakao qanda xolesterini və yağları azaldır, damarların içini təmizləyir, hemoqlobin sintezinə təsir edir, trombositləri aktivləşdirir, qan laxtalanmasının qarşısını alır.
Bununla da kakao beynin də işinə müsbət təsir edir. Qocalıq demensiyasının qarşısını ala bilər./medicina