Kağızları Əsərə Çevirən Gürcüstanlı Gənc

Kağızları Əsərə Çevirən Gürcüstanlı Gənc

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın Marneuli rayon Araflı kənd sakini, 16 yaşlı İsa Mustafayev adi kağız parçalarından göz oxşayan və çox səliqəli origami heykəlləri ərsəyə gətirir.

Oxuinfo.com xəbər verir ki, İsa 14 yaşından bu sahəyə maraq göstərib və vaxt ötdükcə əl qabiliyyətini daha da inkişaf etdirməyə başlayıb. Müsahibə zamanı, valideynləri İsanın uşaqlıq çağlarından rəsm çəkməyə maraqının olduğunu da qeyd etdilər: “Məhz rəsmə olan maraq, İsadaki bu istedadın üzərə çıxmasına şərait yaratmışdır.”

 

YARIM SAAT ƏRZİNDƏ 100 DƏN ÇOX KAĞIZ PARÇISINI BÜKMƏK

Kağızları Əsərə Çevirən Gürcüstanlı Gənc                                                                                                                                                                                                                                                                                                            İsa qeyd etdi ki, hazırladığı Origami heykəllərini təqribən ovuc içi ölçüsündə olan kağızlardan ərsəyə gətirir. Yarım saat ərzində 100 dən çox kağız parçasını qatlamağı bacarır. Hazırladığı ən böyük origami heykəllərinin təqribən 1.000, 2.000 kağız büklümündən ibarət olduğunu və 6-7 saata, bəzən isə bir iki günə tamamlandığını bildirdi.

*Origami, Yapon dilində oru və kami söz birləşməsindən ibarət olan bir kəlimədir. Oru, dilimizdə qatlamaq, kami isə kağız mənalarındadır. Origami kağız qatlama ilə ərsəyə gələn bir növ sənətdir.

İndi isə, həmin əsərlərin fotolarını sizlərə təqdim edirik!

Hazırladı: Ramil Qəhrəmanov