Kərbəlada müqəddəs məkanların qarşısını kəsən binalar söküləcək

Kərbəlada müqəddəs məkanların qarşısını kəsən binalar söküləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Kərbəla Bələdiyyəsi İmam Hüseyn (ə) və qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahları arasındakı Beynul Hərəmeyn meydanı ətrafındakı ərazilərdəki müqəddəs məkanların görünüşünü məhdudlaşdıran binaların əlavə mərtəbələrinin söküləcəyini açıqlayıb.
Kərbəla bələdiyyəsinin sədri Əbir Səlim Nasir mətbuata verdiyi açıqlamasında bunları deyib: “Kərbəla şəhər qanun və qaydalarına zidd olaraq inşa edilən bir çox otelin sökülməsinə ehtiyac var.
Mövcud qanunlara və Kərbəla şəhərinin planına əməl etməyən və hündürlüyü çox olan və İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının görünməsinin qarşısını alan lüks binalar inşa edən bir çox otel tikintisi layihəsi var.
Qanuna görə, ziyarətgahın görünməsinə mane olan binanı tikməyə heç kimin haqqı yoxdur və bu səbəbdən 9 mərtəbədən çox olan binalara yuxarı mərtəbələrin sökülməsi üçün 10 gün vaxt verilir.
Ən azı altı qaydanı pozan bina aşkar edilərək xəbərdarlıq edilmişdir və yaxın 10 gün ərzində bu binaları sökməsələr, bələdiyyə təcili tədbirlər görəcək.
Ziyarətgahdan uzaq ərazilərdə hündürmərtəbəli binaların mövcudluğu maneəsizdir, lakin bu ərazinin ətrafında şəhər qaydalarına riayət olunmalı və görmə maneələri aradan qaldırılmalıdır. /iqna