Kərbəlada Beynəlxalq Quran Konfransının açılışı olub

Kərbəlada Beynəlxalq Quran Konfransının açılışı olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Müqəddəs Hüseyni Astanın Darul-Quranı Qızların Quran yarışları üçün hakimlik qaydalarının işlənib hazırlanması və unifikasiyası üzrə ilk Beynəlxalq Quran Konfransının keçirilməsini elan edib.

Bu konfransın açılışı, Həzrət Zəhra (s) Universitetinin “Ümmü Əbiha” zalında 16 ölkədən nümayəndənin iştirakı ilə keçirilib.

Müqəddəs Hüseyni Astanının Darul-Quranının rəhbəri doktor Şeyx Xeyrəddin əl-Hadi, konfransın açılış mərasimindəki çıxışında deyib: “Qurani-Kərimə və İslam dünyasında Quran hərəkatına xidmət edən hər şeyə maraq təqvanın ən mühüm təzahürlərindən biridir.”

Əl-Hadinin fikrincə, bu konfrans, Quran yarışlarında hakimlik meyarlarında vahid fikrə və nizam-intizama səbəb olacaq.

Qeyd edək ki, bu Quran konfransı, dörd gün ardıcıl olaraq Darul-Quranın binasında davam edəcək./iqna