Kəraçi Milli Muzeyində toxunmuş Quran sərgilənib

Kəraçi Milli Muzeyində toxunmuş Quran sərgilənib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu, təqaüdçü polis müfəttişi Xan Şahnavaz Malhi tərəfindən yaradılmış Qurani-Kərimin dünyada ilk toxunmuş variantıdır. O, həbsxanada əl işləri ilə məşğul olan məhbusları görərək bu sənəti öyrənib.

Bu sənətçi deyib ki, bu bacarıq mənə çox maraqlı gəldi. Ona görə də onu inkişaf etdirmək istədim. Daha əvvəl heç kim Quranı toxumayıb. Bəli, Quranın tikilmiş, naxışlı, həkk olunmuş nüsxələri var. Ancaq ilk dəfədir ki, bir şəxs onu toxuyur.

O, əlavə edib ki, sapları toxumaq asan deyil. Bu çox çətin işdir, vaxt və səbir tələb edir. 10 il ərzində Quranın bütün ayələrini toxuya bildim.

İstifadə etdiyim materiallar da təxminən 3 milyon rupiyə (təxminən 16.000 dollara) başa gəlib.

Malhi izah verib ki, Quranın bir səhifəsini toxumaq üç gün çəkir. Bu heyrətamiz bir üsuldur. Amma səhv eləsəm, onu düzəltmək mümkün deyil. Onu düzəltməyə əvvəldən başlamalıyam./iqna