İsveçdə müsəlman məzarlığına hücum edildi

İsveçdə müsəlman məzarlığına hücum edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İsveçin cənubunda yerləşən Malmö şəhərində müsəlman məzarlığına hücum edilib.

Vandalizm aktı Rozenqard rayonunda baş verib. Naməlum şəxslər 10 qəbrin başdaşını zədələyiblər.

Faktla bağlı istintaq aparılır.

İsveçin “Fərqli rənglər” partiyasının sədri Mikayıl Yüksəl bildirib ki, son illər ölkədə müsəlmanlara qarşı nifrət təzahürləri faktlarının sayı artıb.

Onun sözlərinə görə, ölkədə nifrət zəminində müsəlmanlara qarşı hücumların olmadığı gün yoxdur.

“Bu planda müsəlmanların Avropa və İsveçdə ən zəif qrup olmasına baxmayaraq, hökumətlər və siyasi partiyalar bu istiqamətdə qətedici tədbirlər görmürlər”, – deyə o əlavə edib.

iqna.ir