İsrailin son hücumları 52 min fələstinlini qaçqına çevirdi

İsrailin son hücumları 52 min fələstinlini qaçqına çevirdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com az.shafaqna.com-a istinadən xəbər verir ki, azı 52 min fələstinli İsrail bombardmanları səbəbi ilə öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə BMT rəsmisi Yens Layerke məlumat verib.

Onun sözlərinə görə, hazırda BMT nəzdindəki 58 məktəb 47 min fələstinli üçün sığınacaq kimi istifadə edilir.

O deyib ki, İsrailin hərəkətləri Qəzza sektorundakı humanitar vəziyyəti pisləşdirir.

Layerke Qəzzada elektrik enerjisi ilə bağlı da problemin olduğunu qeyd edib.