İspaniya məktəblərində hicab qadağası

İspaniya məktəblərində hicab qadağası

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əl-Əzhər, İspaniyada bir məktəbin müsəlman şagirdin hicaba riayət etməsinə qadağa qoyması qərarını və hicaba riayət edəcəyi təqdirdə onu məktəbdən qovacağı ilə hədələməsini pisləyib.

Əl-Əzhər, İspaniyadakı məktəbin bu hərəkətinin nəticələrini izləydiyini təsdiqləyərək deyib: Bu cür qərarlar, birgəyaşayış və ictimai həmrəylik üçün təhlükəlidir. Çünki məktəblərdə müsəlmanlara qarşı verilən bu qərar bir növ irqçilik və ayrı-seçkilikdir.

İspaniyanın Periodico CLM qəzetinin verdiyi xəbərə əsasən, bir sıra vətəndaşlar, müsəlman şagirdlə həmrəylik nümayiş etdirmək üçün məktəbin yaxınlığında toplaşıb, pankartlar qaldırıb və şüarlar səsləndirərək müsəlmanlara qarşı edilən ayrı-seçkiliyi pisləyiblər.
Onlar, “Hicab, ağılı yox, saçı örtür” şüarları səsləndiriblər. Lakin etirazlar, məktəbi verdiyi qərardan geri addım atmağa sövq etməyib.

Şagirdin anası, məktəbin verdiyi qərara narazılığını bildirərək deyib ki, Uşağının hicaba əlaqəsi var. Hicabının açdırılması ona mənfi psixoloji təsirlər göstərəcək./iqna