İslamofob-vandallar Fransada məscid divarlarına şüarlar yazdılar

İslamofob-vandallar Fransada məscid divarlarına şüarlar yazdılar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Fransada islamofob əhval-ruhiyyə, xüsusilə də, müsəlmanların ibadətgahlarına hücumlar bitmək bilmir.

Belə ki, bu günlərdə Talans şəhərində vandallar yerli məcsidə qarşı ehtiramsızlıq ediblər.

Məscidin divarlarında boya ilə “İmmiqrasiya öldürür” və “Məscidlərinizi yığışdırın” kimi İslam əleyhinə şüarlar yazılıb.

Hadisə ilə bağlı Talans şəhərinin müsəlman icması məlumat verib.

“İbadət məkanlarında bu cür yazı və rəsmlər yolverilməzdir, üstəlik də bura uşaqlı ailələr gəlir”, – deyə icmadan qeyd edilib.

Bildirilib ki, icma artıq polisə müraciət edib.

iqna.ir