İslamofob qız məscidə dəvət edildi: Ona Quran hədiyyə edildi

İslamofob qız məscidə dəvət edildi: Ona Quran hədiyyə edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İnternetdə İslamla bağlı etdiyi təhqiramiz paylaşımlarla gündəmə gəlmiş fransalı məktəbli qız məscidə dəvət edilib və canlı şəkildə İslamla tanış olub.

18 yaşlı Mila 2020-ci ildə sosial şəbəkədə müsəlmanlar və İslamın ünvanına təhqirlər olan paylaşımlar edib.

Bir müddət sonra Parisin baş məscidinin imamı Şəmsəddin Hafiz Milanı müsəlmanların ibadətgahına dəvət edib və bu dəvət qəbul edilib.

Məscid imamı islamofob qız üçün məsciddə ekskursiya keçirib və ona müqəddəs Qurani-Kərimin nüsxəsini hədiyyə edib.

“Bu, mənim üçün olduqca mühüm olan barışıq əlamətidir”, – deyə Mila jurnalistlərə bildirib.

“Paris məscidinin qapıları hər kəsə açıqdır. Biz ona (Milaya) İslamın əslində nə demək olduğunu göstərmək istəyirik”, – deyə Hafiz qeyd edib.

shafaqna