İslam Peyğəmbərinin (s) dilindən gündəlik beş namazın fəzilətləri

İslam Peyğəmbərinin (s) dilindən gündəlik beş namazın fəzilətləri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İslam Peyğəmbəri Məhəmməd (s) gündəlik beş namazın hikmətini belə bəyan edir:

Sübh namazı

Sübh, şeytanın fəaliyyətə başlamasının başlanğıcıdır. Hər kəs o saatda namaz qılsa, özünü ilahi nəsimdə qərar vermiş olacaq və şeytanın şərrindən güvəndə qalacaq.

Zöhr namazı

Zöhr, bütün aləm Allaha təsbeh deyir (red: zikr), pis olar ki, mənim ümmətim Allaha təsbeh deməsin. Zöhr vaxtı cəhənnəm əhlinin cəhənnəmə getdikləri vaxtdır. Ona görə də hər kəs bu saatda ibadətlə məşğul olsa cəhənnəmdən sığortalanır.

Əsr namazı

Əsr, Adəm və Həvvanın səhv etdiyi vaxtdır. Bizə lazım oldu ki, bu saatda namaz qılaq və deyək ki, biz, Allahın əmrinə tabeyik.

Şam namazı

Şam və  ya Məğrib vaxtı, həzrət Adəmin tövbəsinin qəbul olunduğu vaxtdır və biz də onun şükrü olaraq namaz qılırıq.

İşa namazı

Allah Taala, işa namazını ümmətimin qəbirinin aydınlaşması və rahatlığı üçün qərar verib.

Mənbə: İləlüş-şərae, Şeyx Səduq, s. 337

az.shafaqna.com