İslam əleyhinə olan fransalı müəllimin işinə son verilib

İslam əleyhinə olan fransalı müəllimin işinə son verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mətbuatın yazdığına görə, ifrat sağçı təfəkkürə malik fransız müəllim katolik liseylərində müsəlman tələbələrin olmasının məktəblərdə çoxlu problemlərə səbəb olduğunu deyib.

O, sinif otaqlarından birində demişdi ki, katolik məktəbləri yalnız katolik tələbələri qəbul etməlidir. Buna görə də, tələbələrdən biri cavab verdi ki, bu məktəblər təkcə katoliklər üçün deyil.

Müsəlman tələbənin cavabı irqçi müəllimi qəzəbləndirib. O, həmin tələbədən və sinifdəki bütün müsəlman tələbələrdən dinlərini dəyişmələrini və katolik olmarını istəyib.

Digər tərəfdən, bu müəllim iddia edir ki, onun müsəlman tələbələrdən katolik olmaq istəməsi sadəcə zarafat olub. Bu istəyin arxasında başqa məqsəd olmayıb.

Fransa hakimiyyəti, ifrat sağçı müəllimi irqçi hərəkətləri barədə xəbərdar etmək üçün işdən çıxarıb./iqna