İrlandiya qayalarında Qəzzaya yaradıcı dəstək

İrlandiya qayalarında Qəzzaya yaradıcı dəstək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İrlandiyada vizual incəsənət üzrə bir qrup sənətkar qayalar üzərində reallaşdırdıqları xüsusi yaradıcılıqla Qəzza əhalisinə öz dəstəklərini elan ediblər.

“The national”da yer alan xəbərə görə, İrlandiyada vizual incəsənət üzrə bir qrup sənətkar bu ölkənin cənub-qərbindəki məşhur “Cliffs of Moher” qayalıqlarına gedərək buradan Qəzza xalqına dəstək olublar.

Özlərini “İrlandiyadan eşqlə” (From Ireland with Love) adlandıran bu qrup qayalarda Qəzza sözü və ürək smaylikini nur efketi vasitəsi ilə canlandırıblar.

Qeyd edək ki, sənətkarlar, fotoqraflar, rejissorlar, texniklər və humanitar təşkilatların nümayəndələrindən ibarət bu qrup sözü gedən şəhər barədə sənədli filmi çəkmək üçün bu qayalıqlara gəliblər.

Onlar bəyanat yayaraq bildiriblər ki, bu vizual görüntü Qəzza əhalisi, xüsusi ilə də Qəzza uşaqları ilə həmrəylik və qəm şərikliyi simvoludur.

iqna.ir