İran Atom Enerji Təşkilatı və AEBA-dan birgə bəyanat

İran Atom Enerji Təşkilatı və AEBA-dan birgə bəyanat

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İran Atom Enerji Təşkilatı və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müştərək bəyanat yayıb.

Bəyanatda bildirilir ki, İran Atom Enerji Təşkilatı mart ayının 20-nə kimi AEBA-nın ünvanladığı suallara yazılı cavab verəcək.

Suallar İranda 3 məkanla bağlıdır. İran həmin tarixədək lazimi izahat və aidiyyatlı sənədləri AEBA-ya təqdim etməlidir.

AEBA rəsmi izahatı aldıqdan sonra iki həftə ərzində həmin məlumatları yoxlayaraq lazimi sualları yenidən İranın Atom Enerji Təşkilatına yollayacaq. Bəyanatda qeyd olunur ki, əlavə suallarla bağlı İran və AEBA Tehranda iclas təşkil edəcək.

AEBA rəhbəri qeyd olunan məsələləri dəyərləndirdikdən sonra nəticəni 2022-ci ilin iyun ayında Rəhbərlər Şurasının iclasından əvvəl elan edəcək./apa