İqlim Konfransında razılığa gəlindi

İqlim Konfransında razılığa gəlindi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin (COP26) 26-cı Konfransında iştirak edən 200-ə ölkənin nümayəndələri bir günlük gecikmə ilə forumun yekun sənədlərinin mətnlərini razılaşdırıblar.

Bunu COP26-nın sədri, Britaniya Nazirlər Kabinetinin üzvü Alok Şarma deyib.

A.Şarma bildirib: “Bu prosesin getdiyi formaya görə bütün nümayəndələrdən üzr istəyirəm və (yekun bəyanata son dəqiqə dəyişikliklərinin edilməsi ilə əlaqədar – red.) dərin təəssüf hissi keçirirəm. Böyük məyusluğu başa düşürəm, lakin qeyd etdiyiniz kimi, bu sənədlər paketini (təsdiqlənməmək təhlükəsindən – red.) qorumaq çox vacib idi”.

Qeyd edək ki, oktyabrın 31-də Qlazqoda başlayan iki həftəlik forumun cümə günü yerli vaxtla saat 18:00-da (22:00) başa çatması planlaşdırılırdı, lakin nümayəndə heyətləri arasında ziddiyyətlər olduğu üçün daha gec başa çatıb.

Qeyd edək ki, COP27 gələn il Misirdə, COP28 isə 2023-cü ildə BƏƏ-də keçiriləcək./publika