İqlim dəyişiklikləri səbəbilə qida məhsulları və meşələrin üçdə bir hissəsi yox olacaq

İqlim dəyişiklikləri səbəbilə qida məhsulları və meşələrin üçdə bir hissəsi yox olacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

  İqlim dəyişiklikləri kənd təsərrüfatına və heyvandarlığa ciddi təsir edir. Lakin indiyənə kimi bu məsələdə Yer kürəsinin hansı regionlarının sözügedən problemlə qarşılaşacaqları və hansı risklərin olması ilə bağlı elmi məlumatlar yox idi. Aparılmış yeni tədqiqat parnik qazları miqdarının aşağı salınmaması halında qida məhsullarının qlobal istehsalının nə dərəcədə zərər çəkəcəklərinə aydınlıq gətirir. Beləliklə aparılmış yeni təqiqata əsasən əgər CO2 emissiyası indiki templə davam etsə qida məhsullarının 1/3 hissəsinin məhv olması ehtimalı dəqiq şəkildə baş verəcək. Tədqiqatda alimlər təhlükəsiz iqlim mühiti konsepsiyasını təyin ediblər. Bu mühitə daxil olan rayonlarda hal hazırda qida məhsullarının 95%-i istehsal olunur və bu proses 3 iqlim faktoruna əsasən reallaşdırılır: Yağıntılar, temperatur və quraqlıq.

    “Bizim tədqiqatlarımız onu göstərir ki, parnik qazlarınn sürətli və idarə olunmaz emissiyası qida məhsullarının mövcud qlobal istehsalını əsrin sonuna elə şərtlər altına salacaq ki, həmin şərtlər altında müəyyən qida məhsullarının istehsalı mümkün olmayacaq. Yaxşı xəbər ondan ibarətdir ki, əgər biz parnik qazlarının emissiyasını azaltsaq və istiləşmə prosesi 1.5-2 dərəcə ilə məhdudlaşsa, istehsal olunan qida məhsullarının yalnız bir hissəsi bilinməyən şərtlər ilə qarşılaşacaq” – deyə tədqiqatçılardan biri qeyd edib. Yağıntılar ilə quraqlıqların saylarında olan dəyişiklik və o cümlədən iqlimin istiləşməsi Cənub və Cənub-Şərqi Asiya regionları ilə Afrikanın Sahel regionunun qida məhsulları istehsalına xüsusən təsir edə bilər. Bu regionlar dəyişilən şərtlərə adaptasiya olmaq imkanından məhrumdurlar.

technote.az