Instagram 1 dəqiqəlik Stories-lərin testinə start verib

Instagram 1 dəqiqəlik Stories-lərin testinə start verib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Instagram daha uzun xronometraja sahib Stories-lərin testinə start verib. Qeyd etmək lazımdır ki, Instagram-dakı Stories-lərin xronometrajları 15 saniyə təşkil edir. Lakin bəzi regionların istifadəçiləri artıq 1 dəqiqəlik Stories-lər yükləyə bilirlər. Analitiklərin fikirlərinə əsasən bu, TikTok-un istifadəçi kütləsini özünə cəlb etməyin növbəti üsuludur. Sosial şəbəkələr üzrə mütəxəssis Matt Navarra aşkar edib ki, Türkiyədən olan istifadəçilər üçün Stories-lərin yeni formatı istifadəyə verilib. Belə ki, yeni format çərçivəsində türkiyəli istifadəçilər 1 dəqiqəlik xronometraja sahib Stories-ləri Instagram-a yükləyə bilirlər.

Instagram 1 dəqiqəlik Stories-lərin testinə start verib

 Fotoservisin sistemi bu cür videoları 15 saniyəlik ayrı-ayrı kiçik hissələrə bölmədən bir dəfəyə onları Stories bölməsinə yerləşdirir. Bundan əlavə olaraq əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Instagram Stories paylaşımlarını yükləmək üçün nəzərdə tutulmuş yeni interfeys üzərində çalışır və həmin interfeys Stories paylaşımlarında digər istifadəçiləri və yerləri işarələmək prosesini daha da sadələşdirəcək. Yenilənmiş interfeysin nə zaman istifadəyə veriləcəyi barəsində heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, 1 dəqiqəlik Stories-lər də hələ hamı üçün aktiv edilməyib./technote