İnsan beyni ilk dəfə kabelsiz olaraq bir başa kompüterə bağlandı

İnsan beyni ilk dəfə kabelsiz olaraq bir başa kompüterə bağlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 ABŞ tədqiqatçıları insan beynini ilk dəfə bir kompüterə kabelsiz bağladılar.

Oxuinfo.com Sondakika.com-a istinadla xəbər verir ki, tarixi bir addım atan tədqiqatçılar iflic olan insanlar üçün böyük ümidlər nümayiş etdirdilər. Amerikadakı Brown Universiteti tədqiqatçıları tarixdə çox uğurlu bir yeniliyə imza atdılar. Həyəcan verici araşdırma çərçivəsində elm adamları insan beynini kabel olmadan bir kompüterə bağlamağı bacardılar.

İndependent-dəki xəbərə görə, IEEE Transaction on Biomedical Engineering elmi jurnalı, sınaqlarda iştirak edən iflic insanların sistemdən istifadə edərək planşet və  kompüter istifadə etdiklərini bildirdi.

 

İnsan beyni ilk dəfə kabelsiz olaraq bir başa kompüterə bağlandı

 

İflic insanlar üçün dönüş nöqtəsi olaraq görülən bu addım, tədqiqatçılar tərəfindən “tək neyron görüntü şəffaflığı və tam geniş zolaqlı dəqiqliyi” ilə izah edildi. Digər tərəfdən, Brown Universitetinin doktorantı John Simeral, “Bu kabelsiz sistemin funksional olaraq qızıl standart sayılan kabelli sistemlərə bərabər olduğunu göstərdik. Siqnallar oxşar dəqiqliklə qeyd olunur və ötürülür. Kabelli avadanlıqlarda istifadə etdiyimiz kod açma alqoritmlərindən əsas fərqi yalnız ondadır ki, insanların artıq cihazlarımıza fiziki olaraq bağlanmasına ehtiyac qalmır, bu da sistemin necə istifadə ediləcəyi üçün yeni imkanlar yaradır”

Türkcədən çevirən: Ramil Qəhrəmanov