İnsan bədənində 55 yeni kimyəvi maddə AŞKARLANDI

İnsan bədənində 55 yeni kimyəvi maddə AŞKARLANDI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İnsan bədənində əvvəllər öyrənilməmiş kimyəvi maddələr var.

Oxuinfo.com  “Report”a istinadən xəbər verir ki, bu barədə Kaliforniya Universiteti alimlərinin “Environmental Science & Technology” jurnalında dərc edilən məqaləsində deyilir.

Hamilə qadınların iştirak etdiyi araşdırma zamanı müəlliflər yüzdən çox kimyəvi maddə aşkar ediblər. Üstəlik, bunlardan 55-i əvvəllər müşahidə edilməyib, 42-də isə mənbəyi və tətbiq üsulunu təyin etmək mümkün olmayıb.

Alimlərin fikrincə, kimyəvi maddələrin qidalar vasitəsilə orqanizmə daxil olma ehtimalı böyükdür:

“Bu kimyəvi maddələr bəlkə də bir müddətdir insanlarda mövcuddur, lakin texnologiyamız mövcud maddələri indi daha yaxşı müəyyənləşdirməyimizə kömək edir”.