İngilis qızı müsəlmanlığı qəbul edərək atasını radikallıqdan xilas etdi

İngilis qızı müsəlmanlığı qəbul edərək atasını radikallıqdan xilas etdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 İslam dinini qəbul etmiş xanımın atası sağçı-radikal fikirlərindən imtina etməsindən sonra onlar bir-birinə qovuşublar.

28 yaşlı Feyt Ebbi 5 ildən çox idi ki, atasını görmürdü. Onun atası sağçı-radikallara qoşularaq sağçı-radikallıq fəaliyəti ilə məşğul idi.

Ultra-sağçı ekstremistlərin məhdud təfəkkür tərzləri ataya öz qızı ilə ünsiyyət saxlamağa imkan vermirdi, lakin qanunla olan çoxsaylı problemlərdən sonra kişi fikrindən dönüb və ailəsinin onun üçün nə qədər vacib olduğunu anlayıb.

“Bu, olduqca emosional gün idi, lakin hər şey olduqca yaxşı keçdi və atam məni gözəl nahara qonaq etdi. O, daha İslama nifrət etmir və sağçı-radikallardan üz döndərib”, – deyə müsəlman xanım bildirib.

Feytin sözlərinə görə, atası sağçı-radikallarla bağlı tez-tez polislə problemlər yaşayıb və nəhayət, yanlış insanlarla əlaqədə olduğunu anlayıb.

“Atam anlayıb ki, onun həyatında ən xeyirxah, səxavətli və bağışlayan insanlar məhz müsəlmanlardır. Müsəlmanlar sevgi dolu insanlardır, nifrət dolu yox”, – deyə Feyt bildirib.

Feyt əlavə edib ki, atası sağçı-radikalların müsəlmanlar barədə fikirlərinin yalan və yanlış olduğunu anlayıb.

Shafaqna