İMAM RZA ADINA MƏSCİDDƏ  İMAMIN (Ə) TƏVƏLLÜD MƏRASİMİ KEÇİRİLİB

İMAM RZA ADINA MƏSCİDDƏ İMAMIN (Ə) TƏVƏLLÜD MƏRASİMİ KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu axşam Marneulinin Vinisavxoz kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.

İmam Rza (ə) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.

Məscidin axundu Vasif Həsənovun aparıcılığı və giriş sözü başlayan mərasim din xadimi Məşədi Tural Həsənovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.

Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, İdarənin (BGMİ) bölgə üzrə nümayəndəsi Hacı Qurban Murquzov, dəyərli ruhanilərdən Elçin Daşdanov və başqaları çıxış edib. Çıxış edənlər  öncə qonaqları salamlayaraq İmamın (ə) təvəllüdü münasibəti ilə təbrik ediblər. Sonra  İmam Rzanın (ə) örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən və ibrətli kəlamlarından danışıblar.

Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.

Tədbirin sonunda Quran və dini bilgilər kursunla iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.