İmam məscidi botanika bağına çevirdi

İmam məscidi botanika bağına çevirdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyənin Nevşehr şəhərində yerləşən məscidə ilk dəfə gələnlər təəccüblərini gizlədə bilmirlər.

İbadət ocağının imamı Ahmet Aydemir məscidi müxtəlif çeşidli dekorativ ağaclar və çiçəklərlə bəzəyərək onu bir botanika bağına oxşadıb.

Şəhərdəki Taşlıbel məscidinə 1992-ci ildə imam təyin edilən Aydemir, 1995-ci ildən etibarən evində hobbi kimi yetişdirdiyi çiçəklərdən gətirməyə başlayıb.

Bu təşəbbüsə yerli camaat da dəstək verib. Nəticədə 2 il əvvəl məscidin adı dəyişdirilib və hazırda ibadətgah Çiçəkli Cami adlanır. Burada ümumilikdə 300-dən artıq dibçək yerləşdirilib.

Ahmet Aydemir isə bu atdığı addımın insanların, xüsusən də uşaqların məscidə daha tez-tez gəlməsinə vəsilə olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyir.

Məscidə gələnlər də məmnunluqlarını ifadə edirlər və bildirirlər ki, bitkilərin əhatəsində ibadət etmək onlara xüsusi zövq və əhval bəxş edir.

Qeyd edək ki, Türkiyə Dəyanət Vakfının hər il ənənəvi olaraq təqdim etdiyi “Millətlərarası Yaxşılıq Mükafatı” 2020-ci ildə məhz A.Aydemirə verilib. / Şəfəqna