İki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas etdi - FOTO

İki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas etdi – FOTO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Texas ştatında iki yaşlı uşaq ailəsini faciəli ölümdən xilas edib.

Məlumata görə, Natan və Kayla Dal cütlüyü gecə 5 övladı ilə birlikdə yatarkən evlərində yanğın başlayıb. Lakin ər və arvad COVID-19 xəstəliyi zamanı qoxu hissini itirdikləri üçün yanıq iyini hiss etməyiblər.

Səhərə yaxın iki yaşlı Brendon valideynlərinin yataq otağına girib və ayağı ilə çarpayıya vuraraq anasını oyadıb, “isti”  olduğunu deyib. Qadın dərhal çarpayıdan sıçrayıb, qapının ağzında alovu görüb və ərini oyadıb. Valideynlər dərhal uşaqları yanan evdən çıxarmağa başlayıblar.

Bütün ailə çöldə təhlükəsiz olanda yanğın siqnalı işə düşüb. Yanğın səbəbindən amerikalılar evlərini və iki avtomobilini itirsələr də, Brendon sayəsində bütün ailə üzvlərinin həyatını xilas ediblər.

Mənbə: Texas News Today