İçdiyimiz çay hansı halda xərçəng yaradır?

İçdiyimiz çay hansı halda xərçəng yaradır?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tanınmış rusiyalı həkim-endokrinoloq Zuhra Pavlova bildirib ki, çay insan sağlamlığı üçün təhlükə yarada və hətta onkoloji xəstəliklərə səbəb ola bilər.

Həkimin sözlərinə görə, çayın növü deyil, onun temperaturu təhlükəlidir. Qaynar çay qida borusunu zədələyir və bu da qida borusu xərçəngininin inkişafına səbəb ola bilər.

Həkim Qazaxıstanı misal çəkib. Qazaxıstanda bu xəstəlik çox yayılıb və bunun əsas səbəbi kimi məhz qaynar çayın müntəzəm istehlakı göstərilir.

“Qazaxlar ümumiyyətlə düzgün qidalanırlar. Onlar yaxşı zülalı qidaları qəbul edirlər. Əti suda bişirirlər və bu da əti bişirmək üçün ən düzgün üsuldur. Əgər qazaxlar yeməkdən sonra qaynar çay içməsəydilər, onlar yəqin ən sağlam millət olardı” – Pavlova bildirib./Medicina.az