HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİMLƏR KEÇİRİLİR

HZ. İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİMLƏR KEÇİRİLİR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu günlərdə dünyanın bir çox ölkələrində olduğu kimi Gürcüstanın bir çox məscidlərində də Allahın vəlisi, Peyğəmbərin vəsisi, möminlərin əmiri Hz.İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim təşkil olunur.
Həmin mərasimlərdən biri ötən axşam Qardabaninin Ağtəhlə kənd məscidində keçirilib.

Quran tilavəti ilə başlayan mərasimdə danışan və canlı Quran olan imamın fəzilətlərindən və nümunəvi yüksək insani keyfiyyətlərindən, hikmətdolu kəlamlarından danışılıb. İlk İman gətirən və iman gətirənlərin əmiri Hz. Əli (ə) haqda şeir, qəsidə və ilahilər oxunub.
Dua oxunmaqla yekunlaşan mərasimin sonunda sadə bayram süfrəsi təşkil olunub.