Hollandiyanın qərbində məscidi yandırdılar

Hollandiyanın qərbində məscidi yandırdılar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Hollandiya polisinin verdiyi xəbərə görə, ölkənin qərbində Gouda şəhərində müsəlmanların yeni tikilməkdə olan ibadət məkanını naməlum şəxslər yandırıblar.

Oxuinfo.com İQNA-ya istinadla xəbər verir ki, Hollandiya polisi məscidi yandırmaqda şübhəli bilinən 40 yaşlı bir nəfəri həbs etdiyini məlumat verib.

Hollandiyanın Mərakeşli müsəlmanlarının İslam Birliyinin rəis müavini Fərid Həbib deyib: Yeni tikilməkdə olan məscid həftənin Şənbə günü, 3 Aprel 2021-ci il, sübh vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb. Amma məsciddə çıxıralıan yanğının qarşısı vaxtında alındığı üçün məscidə təkcə maddi zərər dəyib.