Hindistan hökuməti, Cammu və Kəşmirdəki ən böyük tarixi məscidi bağlayıb

Hindistan hökuməti, Cammu və Kəşmirdəki ən böyük tarixi məscidi bağlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu tarixi məscidin 600 ildən çox yaşı var. Əsrlər boyu Cammu və Kəşmirdə İslam elmlərinin ən mühüm mərkəzlərindən biri olmuşdur.

Hindistan hakimiyyətinin bu addımı geniş şəkildə pislənilib. Məscidin bağlanmasını tənqid edənlər bunu baş nazir Narendra Modinin hökumətinin insan haqları və dini azadlıqlarla bağlı iddialarına zidd olduğunu bildiriblər.

Modinin hökuməti məscidin mübahisəli Kəşmir bölgəsinin təhlükəsizliyinə meydan oxuyan etirazlar və toqquşmalara səhnə olduğunu iddia edir. Buna görə də onun bağlanmalı olduğunu bildirir.

Hindistan hakimiyyətinin Kəşmir müsəlmanlarına qarşı hərəkətləri təkcə məscidlərin və dini mərkəzlərin bağlanması və onların normal fəaliyyətinin məhdudlaşdırılması ilə bitmir. Onların rabitə vasitələrini də kəsirlər./iqna