Hicablı qız Romadakı seçkilərdə ən gənc namizəddir

Hicablı qız Romadakı seçkilərdə ən gənc namizəddir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

20 yaşlı müsəlman xanım Roma şəhər şurasına ən gənc namizəddir.

Əslən Misirdən olan Məryəm Əli İtaliyada doğulub boya-başa çatıb. O, “köməyə ethiyacı olan bu əzəmətli şəhərdə gənclərə, yaşılara və ehtiyaclılara səs (haqqı) verəcəyinə” dair vəd verib.

Romanın yeni meri və şəhər şurası seçkiləri 3 və 4 oktyabr tarixlərində keçiriləcək.

Hazırda həm də tələbə olan Məryəm öz mesajlarını yaymaq üçün rəqəmsal texnologiyalardan istifadə edir. Belə ki, onun “Instagram”-da təxminən 200 min və “TikTok”-da da təqribən 40 min izləyicisi var.

O, insanların ehtiyacları barədə məlumatlanmaq üçün çox sayda insanlarla görüşlər keçirib.

Məryəm hesab edir ki, müsəlman olmaq ona üstünlük verir.

“İslam mənə əvəzində heç nə almayaraq daha çox fəda etməyə stimul verir. Əldə etmək istədiyim və əldə etdiyim yeganə şey insanların dəstəyidir. Xoş söz eşitməkdən daha gözəl bir şey yoxdur”, – deyə o qeyd edib. / iqna