Hicablı müsəlman xanım prezident seçildi

Hicablı müsəlman xanım prezident seçildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com iqna.ir portalına istinadla xəbər verir ki, Samiya Həsən Suluxunun Tanzaniya prezidenti qismində andiçmə mərasimi baş tutub.

Hicablı müsəlman xanım daha öncə vitse-prezident vəzifəsini tuturdu. Qeyd edək ki, ölkənin əvvəlki prezidenti Con Maqufuli 17 martda vəfat edib. Rəsmi mərasim Dər-əs-Salam şəhərindəki prezident iqamətgahında baş tutub.

“Dürüst olacağıma, Tanzaniya konstitusiyasına tabe olacağıma və onu qoruyacağıma söz verirəm”, – deyə Samiya Həsən Suluxu bildirib. O, Tanzaniyanın ilk qadın prezidenti olub. Ölkə konstitusiyasına əsasən, prezident ölərsə, vitse-prezident dövlət başçısı vəzifəsini tutur və mandat müddəti bitənədək bu vəzifədə qalır. 61 yaşlı xanım Suluxunun hazırkı mandatı isə 2025-ci ilin sonunda başa çatacaq. Qeyd edək ki, daha öncə o, bir sıra digər nazir postlarının başçısı olub.

Tanzaniya əhalisinin 55-60%-i xristian, 30-32 faizi isə müsəlmandır.