Hicablı müsəlman xanım Braziliyada televiziya ulduzuna çevrilib

Hicablı müsəlman xanım Braziliyada televiziya ulduzuna çevrilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
oxuinfo.com  iqna.ir portalına istinadla xəbər verir ki, Samirə Hannum 13 həftə ərzində 20 Latın Amerikası ölkəsindən olan milyonlarla teletamaşaçının qarşısına çıxaraq öz əl qabiliyyətlərini sərgiləyib və sonra bütün rəqiblərini geridə qoyub.

Müsəlman xanım əla aşpazlıq bacarıqları ilə Braziliyada məşhurluq qazanıb. Belə ki, o, televiziyada keçirilən məşhur realiti-şouda qələbə qazanıb.

Samirə Hannum 13 həftə ərzində 20 Latın Amerikası ölkəsindən olan milyonlarla teletamaşaçının qarşısına çıxaraq öz əl qabiliyyətlərini sərgiləyib və sonra bütün rəqiblərini geridə qoyub.

Finalda Samirə 2 saat ərzində toy tortu bişirib, onun rəqibi isə öz resepti üzrə bişirmək istədiyi şeyi alındıra bilməyib.

Rəqibim təşvişə düşərək öz reseptini hazırlaya bilməyib. Mən isə ona kömək etdim. O ağlayırdı, auditoriya və komissiya mənə təşəkkür etdi. İslam mənə məhz bunu (başqalarına yardım etməyi – red) öyrədib”, – deyə Samirə bildirib.

Şou zamanı bəzi reseptlərdə spirtdən istifadə tələb olunsa da, müsəlman xanım bu tələbdən imtina edib və bir dəfə də olsun, digər iştirakçıların hazırladıqlarının dadına baxmayıb. Rəqibləri isə onun dini baxışlarına hörmətlə yanaşaraq hansı məhsulda spirtin olub-olmaması barədə ona xəbərdarlıq edirdilər.

Qələbəsindən bəri hicablı müsəlman xanım Braziliyada şöhrət qazanıb – o, kitab buraxaraq məşhur baş aşpaza çevrilib. Üstəlik Samirə hər fürsətdəcə Latın Amerikası sakinlərini İslamla tanış edir.