Hacı Faiq Nəbiyev: Bu görüş dünyaya ciddi mesaj idi

Hacı Faiq Nəbiyev: Bu görüş dünyaya ciddi mesaj idi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ayətullah Seyid Cavad Şəhristaninin Qafqaz üzrə təmsilçisi, “Alulbeyt Gürcüstan” təşkilatının sədri Hacı Faiq Nəbiyev dünya katoliklərinin rəhbəri Papa Fransizin İraq səfərinə münasibət bildirib.

İslam Dünyasının nüfuzlu din alimi, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşüb.

Bununla Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin Qafqaz üzrə təmsilçisi, “Alulbeyt Gürcüstan” təşkilatının sədri Hacı Faiq Nəbiyevdən münasibət alıb.

Hacı Faiq Nəbiyev bu görüşü həqiqətən böyük hadisə olduğunu qeyd edərək “Roma papası Fransisin Ayətullah Sistani ilə görüşünü tarixi hadisə kimi qiymətləndirmək olar. Papa Fransisin səfərdən öncə İraqa səfərinin məqsədini sülh və dinlər arası dialoqa yönələcəyini açıqlamışdı. Dialoq üçün zəminə yaradan, insanlararası  sevgi və qardaşlığa vəsilə olacağını bildirmişdi. İraqa səfər edən Papa Fransis, koronavirus pandemiyası və təhlükəsizlik riskləri altında mühüm təmaslar qurması,  sülh,  qardaşlıq mesajları verməsi dünyaya ciddi mesaj idi.”, -deyə bildirib.

Hacı Faiq Nəbiyev sonra deyib: “Ayətullah Sistani həzrətləri isə görüşdə dünyanın böyük məzhəbi və mənəvi rəhbərlərinin bu faciələrin qarşısını almaqda ifa edə biləcəkləri rola işarə edib və xatırladıblar ki, aidiyyatı üzrə tərəflərin – xüsusilə də böyük güclərin; bu məsələnin həllində ağıl və hikmət tərəfini tərcih edəcəklərinə, “müharibə dili”ni və millətlərin azad və şərəfli yaşaması üçün şəxsi maraqlarını kənara qoyacaqlarına ümid edirlər.”

Ayətullah Sistaninin ofisinin bu günkü görüşdən sonra verdiyi bəyanata diqqət çəkən “Alulbeyt Gürcüstan” təşkilatının sədri Hacı Faiq Nəbiyev “Ayətullah Sistaninin də bu görüşdə dünyanın müxtəlif ölkələrində insanların ədalətsizlik, zülm, yoxsulluq, fikri və dini zorakılıq, insanların əsas azadlıqlarının boğulması və sosial ədalətin olmamasından əziyyət çəkdiklərini önə çəkməsi, millətlərin, xüsusilə də region xalqlarını düçar olduqları müharibə, zorakılıq, iqtisadi müharisə, qaçqınlıq məsələlərinə işarə etməsi, həmçinin dünyanın məzhəbi və mənəvi rəhbərləri aidiyyatı üzrə tərəfləri millətlərin zərərinə olacaq şəxsi maraqlarını kənara qoymağa təşviq etməsini və humanistlik,  tolerantlıq dəyərlərini gücləndirməyə,  müxtəlif dini və fikri məktəblərin ardıcılları arasında qarşılıqlı hörmət yaratmağa  səy etmələrinin zəruriyyətinə toxunması çox mühüm və dəyərli məsələlərdir.”, – deyə əlavə edib.

O,  Ayətullah Sistaninin xüsusi nümayəndəsi Ayətullah Şəhristaninin dünyadakı fəaliyyəti, xüsusilə tolerantlıq, dinlər və məzhəblərarası dostluğa verdiyi töhfəsinə işarə edərək “Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin dinlər və məzhəblərarası dostluq, qardaşlıq və dialoqun inkişafına yönəlmiş dünyadakı fəaliyyətləri, bu gün tarixi hadisə zamanı mərcəiyyətin ofisinin verdiyi bəyanata da diqqət edərsək, məhz Ayətullahül Üzma Seyid Sistaninin bu yöndə dəst-xəttinin bariz nümunələrindən biridir. Ayətullah Şəhristaninin Gürcüstan səfərində bunun canlı şahidi olmuşuq.”, -deyə qeyd edib.  /Şafaqna/