Hər gün 1 milyon insan koronavirusa yoluxur

Hər gün 1 milyon insan koronavirusa yoluxur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bir-birinin ardınca bir çox ştamları ortaya çıxan koronavirusa hər gün orta hesabla 1 milyon insan yoluxur.

Avropada yoluxma halları artmaqda davam edir.

Fransa, İngiltərə və İspaniyada epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb.

Fransada epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb. Bir gündə 200.000-dən çox yeni yoluxma aşkarlanıb. Yeni ildən Parisdə açıq havada maskalar məcburi olacaq. Şəhərdə Yeni il şənlikləri də qadağan edilib.

Xəstəliklərin sayı günü-gündən artan digər ölkə isə İngiltərədir. Son 24 saatda gündəlik 190 minə yaxın hadisə qeydə alınıb.

İtaliyada bir gündə 126 mindən çox insan koronavirusa yoluxub. Ölkədə sağlamlıq vəsiqəsi kartının əhatə dairəsi genişləndirilir. Bu çərçivədə nəqliyyat sektoru, restoran, otel və idman zalları kimi ərazilərə girərkən şəxsin sağlam olduğunu göstərən kartın təqdim edilməsi məcburi olacaq. Müraciət yanvarın 10-dan qüvvəyə minəcək.

İspaniyada epidemiya başlayandan bəri ən çox gündəlik yoluxma halı qeydə alınıb. 160 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb.

Çinin Sian şəhərində karantindən sonra sərt tədbirlər görülüb. Şəhərdə xüsusi icazəsi olmayanların hətta yemək almağa belə çölə çıxmasına icazə verilmir./qafqazinfo