Gürcüstanın Silahlı Qüvvələrinin 30 illik yubileyini sülhməramlılar Əfqanistanda da qeyd etdilər

Gürcüstanın Silahlı Qüvvələrinin 30 illik yubileyini sülhməramlılar Əfqanistanda da qeyd etdilər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın Silahlı Qüvvələrinin 30 illik yubileyini, III piyada briqadasının 32-ci batalyonu Əfqanistanın Baqram aviasiya bazasında qeyd etdi.

oxuinfo.com 1tv.ge-yə istinadla xəbər verir ki, bu haqda məlumatı Müdafiyə Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, tədbir Gürcüstan və ABŞ himnlərinin səslənməsi ilə başladı.

Gürcü sülhməramlılarını yubiley münasibətilə batalyonun rəhbəri polkovnik Tariel Maxaraşvili və Baqram aviasiya bazasının rəhbəri polkovnik Miçel Skarpula təbrik etdilər və onlara təşəkkür etdilər.

III briqadanın 32-ci batalyonunun rəhbəri hərbçilərə xatirə hədiyyələri və təşəkkür diplomları verdi.

Tədbirin sonunda isə, gürcü hərbçiləri xarici partnyorlarına gürcü mətbəxi ilə qonaqlıq verdilər.