Gürcüstanın Müstəqillik Günü qeyd olunur

Gürcüstanın Müstəqillik Günü qeyd olunur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.

103 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.

Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Gürcüstan öz dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.

Milli bayrama həsr olunan rəsmi mərasim pandemiya səbəbindən məhdud sayda iştirakçı sayı ilə Tbilisinin Azadlıq meydanında keçiriləcək. Qonaqlar arasında Polşa prezidenti Andjey Duda və Ukraynanın müdafiə naziri Andrey Taran da yer alacaq.

Mərasim çərçivəsində Gürcüstanın hərbi texnikasının bir hissəsi nümayiş etdiriləcək, hərbi xidmətə çağırılan çağırışçıların təntənəli andiçmə mərasimi baş tutacaq.

Bu gün həmçinin mayın 22-də Fransada mühacirətdə vəfat edən Gürcüstan Demokratik Respublikası ordusunun baş komandanı, görkəmli general Giorgi Kvinitadzenin Tbilisiyə gətirilən cənazəsinin qalıqları şəhərin Mtatsminda panteonunda dəfn olunacaq.

Bayram mərasimlərinə Tbilisi Dövlət Opera və Balet Teatrında qala-konsertlə yekun vurulacaq.