Gürcüstanda universitetlərə qəbul üçün yeni qaydalar tətbiq olunur

Gürcüstanda universitetlərə qəbul üçün yeni qaydalar tətbiq olunur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanda universitetlərə qəbul üçün, Milli İmtahanlarla birlikdə məktəbdə alınan qiymətlər və müəllimlərin tövsiyyələri də nəzərə alına bilər. Bu barədə Elm və Təhsil nazirliyinə namizəd Mixeil Çxenkeli, parlamentdə namizədlərin dinləməsi zamanı çıxışında bildirib. Onun sözlərinə görə, Milli İmtahanların forması təkcə quruluş baxımından deyil, məzmun baxımından da islah edilməlidir: “Milli İmtahanlarda islahat lazımdır. İndi əlimizdə olan Milli İmtahanların forması təkcə quruluş baxımından deyil, məzmun baxımından da islah edilməlidir. Amerika sistemində universitetlər, Milli İmtahandan əlavə olaraq digər məqamları da nəzərə alır. Buna misal olaraq məktəb qiymətlərinin bal ortalamasıdır. Biz də isə universitetlərə Milli İmtahan ballarından başqa, məktəbin bal ortalamasını, həmçinin müəllimlərin tövsiyələri ilə yanaşı sinifdənkənar iş kimi digər komponentləri də nəzərə alınmasını təmin etmək üçün islahatlar planlaşdırırıq. Bu qayda Amerikada uzun müddətdir mövcuddur və çox gözəl işləyir, biz də oxşar bir model yarada bilərik”, – deyə Çxenkeli bildirib.