Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın ali məktəblərində 901 nəfər Azərbaycan vətəndaşı təhsil alır. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2020-2021-ci tədris ili üzrə hesabatında bildirilib. Sənədə əsasən, onların 402-si dövlət, 499-u isə özəl universitetlərin tələbələridir. 2019-2020-ci tədris ili ilə müqayisədə Gürcüstan universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443 nəfər azalıb. Gürcüstanın ali təhsil müəssisələrində hazırda 14 617 nəfər əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 9,7 % çoxdur. 2020-ci ildə Gürcüstanın ali təhsilin doktorantura pilləsinə 2 nəfər Azərbaycan vətəndaşı qəbul olub. Məlumata görə, həmin şəxslərin hər ikisi qadındır. Gürcüstanda hazırda doktorantura təhsili alan əcnəbilərin ümumi sayı 32 nəfərdir ki, bu da illik müqayisədə 10 nəfər azdır. / Report.az/