Gürcüstanda postkovid xəstələrin tədqiqatı 9 martda başlayacaq

Gürcüstanda postkovid xəstələrin tədqiqatı 9 martda başlayacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com 1tv.ge portalına istinadən xəbər verir ki, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sözlərinə görə, ölkə 9 mart tarixində yeni klinik sınaqlara başlayacaq.
Onun sözlərinə görə, artıq “Kovid-19” keçirmiş xəstələr müayinə olunacaqlar.
“9 Martdan etibarən postkovid sindromlu xəstələr üzərində böyük, çox ciddi bir işə başlayacağıq. Postkovid simptomu nədir – dünya praktikasında göstərildiyi kimi, kovid keçirmiş olan xəstələrin əhəmiyyətli bir hissəsinin, empirik olaraq yarıdan çoxunda, xəstəliyin keçirildiyindən dərhal sonra şikayət və təzahürlər qalır və ya xəstəlik keçən kimi sağalır, heçbir şey narahat etmir, ancaq xəstəliyin bitməsindən bir və ya iki ay sonra simptom fərqli təzahürlərlə ortaya çıxır. Buna dünyada postkovid simptom deyilir. Əgər bu şikayətlər və simptomlar xəstəliyin keçirilməsindən dərhal sonra olarsa, bir ay ərzində, yəni faktiki olaraq xəstə kovid-dən sağalıb, ancaq şikayətlər davam edirsə, məsələn, hərarətin artması, nəfəs darlığı, yorğunluq, nevroloji simptomlar, ürək və s. onda buna uzun müddətli kovid deyirik”- deyə Tengiz Tsertsvadze deyib.

Gürcü dilindən tərcümə edən: Ramiz Mustafayev