Gürcüstanda ortalama evlilik yaşı, nigah və boşanma STATİSTİKALARI

Gürcüstanda ortalama evlilik yaşı, nigah və boşanma STATİSTİKALARI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstan sakinləri, adətən, 28-30 yaşlarında ailə həyatı qururlar.

oxuinfo.com “newsgeorgia”ya istinadla xəbər verir ki, buna Gürcüstan Milli Statistika Xidmətinin məlumatları dəlalət edir.

2019-cu ildə ilk dəfə ərə gedən qadınların orta yaşı 28, ilk dəfə evlənən kişilərin orta yaşı isə təqribən 31 olub.

Ötən il Gürcüstanda 23,2 mindən çox nigah və 11,2 mindən çox boşanma qeydə alınıb.

Ən çox evlilik və ayrılma Tbilisidə baş verib: ümumi sayın, müvafiq olaraq, 30,1% və 35%-i.

Ötən il boşanmış cütlüklər birlikdə ortalama 10 il yaşayıblar. Maraqlıdır ki, bu göstərici daha öncə ayrılmış kişi və qadınlar arasında ciddi fərqlərə sahibdir. Məlum olub ki, 2019-cu ildə 2-ci və sonrakı nigahların davamiyyəti ortalama cəmi 5 il təşkil edib.

Gürcüstanda boşanma qərarı qəbul edən qadınların orta yaşı 37-38, kişilərin isə 40-dır.