Gürcüstanda onlayn kazinolar qadağan oluna bilər

Gürcüstanda onlayn kazinolar qadağan oluna bilər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bu gün keçirilən iclasında deyib.

Qaribaşvili onlayn kazinoların qadağan olunmasının vacibliyini vurğulayıb və bildirib ki, Gürcüstanda qumar aludəçilərinin böyük əksəriyyəti işsiz və ehtiyac içərisində olan insanlardır.

“Birinci mərhələdə onlayn kazinolar üçün vergiləri artırmağı, reklamı qadağan etməyi və oyunçular üçün yaş həddini 25-ə qədər qaldırmağı düşünürük. İkinci mərhələdə isə onlayn kazino ümumiyyətlə qadağan olunacaq”, – deyə Qaribaşvili söyləyib.

Baş nazir, həmçinin vurğulayıb ki, onlayn kazinoların fəaliyyəti nəticəsində Gürcüstan artıq 1,5 milyard lari itirib, çünkü bu şirkətlərin əksəriyyəti xarici şirkətlərdir./qafqazinfo