Gürcüstanda 808 tarixi abidə -Foto

Gürcüstanda 808 tarixi abidə -Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanda məşhur 808 tarixi abidə mövcuddur. Onlar arasında ən çox diqqət mərkəzində olan Şatili abidəsi haqqında məlumatı nəzərinizə çatdırırıq:

Şatili – Tuşeti-Xevsureti Qafqazın baş silsiləsinin şimal yamacında, Arqun çayının dərəsində yerləşən Duşeti bələdiyyəsinin Mtsxeta-Mtianeti bölgəsində kənd və möhtəşəm, nadir tikinti sənəti abidələrindən biri, 1400. metr dəniz səviyyəsindən yüksəkdir.
Şatili əsrlər boyu ölkənin şimal keçidlərini qoruyub. Şimal tayfalarının (çeçenlər, inquşlar və qismən də dağıstanlılar) istilasından.
Şatili kompleksi kiçik bir torpaq sahəsi üzərində, qayalıq yamacda yayılmışdır. Ev evə birləşir, aşağı dam yuxarı həyətdir və s. Burada kənddən çıxmadan hər evə çatmaq olar. Belə evlərə kölgəlik evləri deyilir. Şatili həm də yaşayış evləri və qala-qüllələr kompleksidir. Bu, əslində qala-kənddir.

Şatili evləri 17-ci əsrə və ya 18-ci əsrin əvvəllərinə aid edilə bilər. Şatilinin bərpa-uyğunlaşması 1970-ci illərdə başladı.

Şatili 24 oktyabr 2007-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Şatili qala-şəhərinə daxil olan abidələr bunlardır:

Qala evləri və ya ağ qüllələr (eyni qala evi, hündürlüyü daha böyük) Kaloyan evləri.

Gürcü dilindən çevirən: Leyla Darğallı