Gürcüstan Səfirliyi Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi

Gürcüstan Səfirliyi Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın Azərbaycandakı Səfirliyi iyunun 4-də Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.

Başsağlığında hadisə zamanı Azərbaycanın 2 KİV nümayəndəsinin və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin öldüyü deyilir.

“Səfirlik azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – deyə başsağlığında bildirilir.

Qeyd edək ki, “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev Kəlbəcərdə mina partlaması nəticəsində həlak olublar.

QAFQAZİNFO