GÜRCÜSTAN PREZİDENTİ SALOME ZURABİŞİVİLİ  MÜXTƏLİF DİNİ KONFESSİYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

GÜRCÜSTAN PREZİDENTİ SALOME ZURABİŞİVİLİ MÜXTƏLİF DİNİ KONFESSİYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün, Gürcüstan prezidenti Salome Zurabişivili müxtəlif dini konfessiyanın rəhbər və nümayəndələrini Prezident iqamətgahında qonaq edib.

Görüşdə çıxış edən dövlət başçısı öncə qarşıdan gələn yeni il münasbəti ilə təbrik və xoş arzularını çatdırıb. Sonra dini icma rəhbərlərinə ümumbəşəri vətəndaş barışığı ilə bağlı təşəbbüsünü təqdim edib. Arzu edib ki, yeni ilimiz ölkəmiz üçün olduqca önəmli olan milli birlik və vətəndaş həmrəyliyi ili olmaqla yadda qalsın.

Görüşdə Müsəlman icması tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Qərb üzrə müftisi Hacı Adəm Şantadze və İdarənin əməkdaşı Oktay İsayev iştirak edib.
Görüş sonrası xatirə fotoları çəkilib, dini icma nümayəndələri prezidentlə söhbət edib, fikirlərini bölüşüblər.