Gürcü balının ixrac edildiyi ölkələrə gələcəkdə ən azı 3 qat daha çox bal eksport olunacaq

Gürcü balının ixrac edildiyi ölkələrə gələcəkdə ən azı 3 qat daha çox bal eksport olunacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com bpn.ge portalına istinadla xəbər verir ki, Dünyada gürcü balına maraq artmaqdadır. Arıçılar Dərnəyinin icraçı direktoru Aleko Papavanın sözlərinə görə, Gürcüstan balının ixrac olunması ən azı 3 dəfə daha çox tələb olunur: “Yerli bazarın durğun olduğunu söyləmək olar. Bizim üçün əsas olan mümkün qədər ixrac etməkdir. Ona görə də çox böyük işlər görməliyik. Bizim üçün əsas odur ki, Gürcüstan balına tələbat ildən-ilə artır. Gürcü balının ixrac olunduğu yerlərdə gələcəkdə ən az 3 dəfə çox tələb edirlər. Məsələn, keçən il dünya bazarına 22 tona qədər bal çıxmışıqsa, yalnız bu il yanvar ayında 20 tona yaxın Bolqarıstana bal göndərdik . Bildiyimiz kimi ABŞ, Kanada, Yaponiya və digər ölkələrdən də böyük tələbat var.

Pandemiyaya baxmayaraq, Gürcüstandan təbii bal ixracı% 240 artdı. Milli Statistika İdarəsinin məlumatına görə, 2020-ci ildə ölkədən ümumi dəyəri 122,5 min dollar olan 21,7 ton bal ixrac edildi. Keçən il 12 ölkədə bal satıldı, 2019-cu ildə yalnız 56,3 min dollar dəyərində 6,38 ton təbii bal ixrac edildi. 2021-ci ilə gəlincə, yanvar-fevral aylarında ölkədən ümumi dəyəri 47,6 min dollar olan 21,5 ton təbii bal satıldı.

Gürcü dilindən tərcümə edən: Ramil Qəhrəmanov