Gündə 4 banka enerji içkisi içən tələbənin ÜRƏYİ DAYANDI

Gündə 4 banka enerji içkisi içən tələbənin ÜRƏYİ DAYANDI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Britaniyada 2 il ərzində hər gün 4 banka enerji içkisi içən 21 yaşlı tələbənin ürəyi dayanıb.

Gündə 4 banka enerji içkisi içən tələbənin ÜRƏYİ DAYANDI

 

Oxuinfo.com big.az-a istinadla xəbər verir ki, bu barədə “BMJ Case Reports” tibbi jurnalda bildirilir.

Gənc gündəlik hər birinin tərkibində 160 milliqram kofein olan 4 ədəd yarım litrlik enerji bankasını boşaldıb.

Son dörd ayda o, boğulmağa başlayıb, çox arıqlayıb və xəstəxanalıq olub.

Tələbə 58 gün xəstəxanda keçirib. Bu müddətin bir hissəsi reanimasiya şöbəsində keçib.

Həkimlər hətta ona donor orqan köçürməyi düşünüblər.

Böyrklərin işləməməsi bir sıra digər problemlərə səbəb olub. Oğlanın hətta ürəyi dayanıb. Həkimlərin sözlərinə görə, buna səbəb enerji içkilərilin yaratdığı kardiotoksiklik olub.

Enerji içkilərindən istifadə etməzdən öncə tələbənin sağlamlıqla bağlı problemləri olmayıb.

O, dəfələrlə bu içkilərdən imtina etməyə çalışıb, lakin enerji içkisi içməyəndə oğlanda miqren ağrıları, tremor (əllərin əsməsi) və sürətli ürək döyüntüsü yaranıb.

Daha öncə yayılan məlumata görə, Britaniyanın digər sakini gündə 6 banka “Monster Energy” içkisindən içdikdən sonra dişsiz qalıb. Həkim müayinəsi zamanı məlum olub ki, onun bütün dişləri çürüyüb.